Roberto Bordin: “Ola bilsin, futbolçuları düzgün kökləyə bilməmişdik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyunundan sonra mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

“Ardıcıl 2 qol buraxandan sonra, bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda 3-cü topu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, 4-cü qol da vuruldu. Ola bilsin, futbolçuları düzgün kökləyə bilməmişdik.

Əlbəttə, bu çox acınacaqlı haldır. Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Həmin kateqoriyadan