Roberto Bordin: Səhvlər olanda, hamı günahı müdafiəçilərdə axtarır

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 17-ci turunda “Zirə” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis qol epizodlarından yararlanmadığına görə təəssüfləndiyini bildirib:

“Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə izlədik. İlk hissədə rəqib üstün oynasa da, fasilədən sonra komandamız toparlanıb çoxlu sayda hücumlar yaratdı. Amma çox təəssüf ki, bunları qola çevirə bilmədik. Bilirdik ki, rəqib əks-hücumlara üstünlük verəcək. Hətta qol da vura bilərdilər. Çox təəssüflənirəm ki, bu gün 2 xal itirdik.

Səhvlər olanda, hamı günahı müdafiəçilərdə axtarır, amma bu belə deyil. Hücuma atılıb qol vurmaq istəyirdik deyə, arxa xətdə boşluqlar olurdu ki, bu da normaldır. Təbii ki, çempionluq uğrunda mübarizədəki əsas rəqibimiz olan “Qarabağ” xal itirməyimizdən faydalanıb bizimlə xal fərqini 1-ə endirməyə çalışacaq, amma bu futboldur, hər şey ola bilər”.

Həmin kateqoriyadan