- Baxış sayı: 157
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 157
- Dekabr 05, 2025
- 0

“Sportinq” klubu ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, argentinalı yarımmüdafiəçi Rodriqo Battalya Portuqaliya çempionatının 9-cu turunda səfərdə “Santa Klara”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.
Futbolçunun sağ dizinin ön çarpaz bağları qopub və əməliyyatdan bir neçə ay sonra yaşıl meydana qayıdacaq. 27 yaşlı orta xətt oyunçusu noyabrın 29-da Avropa liqasının 5-ci turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü də buraxmalı olacaq.