Hakim Teylor, Budapeşt hava limanında qəzəbli “Roma” azarkeşlərinin əhatəsində olub

Avropa liqasının finalında “Roma”, “Sevilya”ya uduzub.

Allsport.az xəbər verir ki, qarşıdurmanın nəticəsini İspaniya komandasının futbolçularının daha dəqiq oynadığı penaltilər seriyası həll etdi.

Lakin İtaliya təmsilçisinin azarkeşləri bu nəticə ilə razılaşmayıblar. Pərəstişkarlar görüşün baş hakimi Entoni Teylorun işindən narazı qalıblar.

Finaldan bir gün sonra “Roma” azarkeşləri Budapeşt hava limanında hakimi mühasirəyə alıblar.

Ən pisi odur ki, həmin an Teylorun ailəsi onun yanında idi. Hakimin qızı çox qorxub..

Polis müdaxilə etməli olub. Taylor və ailəsi hava limanı ərazisindəki qapalı hissəyə aparılıb.

Həmin kateqoriyadan