- Baxış sayı: 38
- 15 Dekabr 2025 23:17
- Baxış sayı: 141
- Dekabr 15, 2025
- 0

Romada AÇ-2020-nin oyunlarına azarkeşlər buraxılacaq. Allsport.az xəbər verir ki, bu barədə İtaliya futbol federasiyasının prezidenti Qabriele Qravina məlumat verib.
O, hökumətdən bununla bağlı razılıq aldıqlarını bildirib. Qurum rəhbəri Romadakı olimpiya stadionunun 25 faiz doldurulacağını deyib. Olimpiya stadionunun azarkeş tutumu 72 mindir.
Daha öncə Bakı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı müsbət təminat verib.