- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Troya müsibətindən qurtulan Eney və ətrafı gəmi ilə Appeninə pənah apardı. Sonradan cəsur döyüşçünün varisləri Romul və Rem qədim Romanın əsasını qoydular. Zamanla qüvvətlənən şəhər şahlıq dövründə möhkəmləndi. Respublika quruluşunda isə, ərazisini xeyli artırdı. İmperiya dönəmində istilalar daha genişləndi və ölkə hüdudları ağlasığmaz həddə çatdı. Artıq nəinki bütün Avropa, Afrikanın şimalı, Yaxın Şərq və Cənubi Qafqaz ona tabe idi.
Maraqlıdır ki, bizim peşəkar futbol liqasının prezidentinin taleyi Qərbi Romaya bənzəyir. Ramin Musayev də addım-addım yüksəldi, vəzifə sərhədlərini genişləndirdi, yaxın dostlarının onu «Roma» çağırmasına xoşhallandı. İmperiyanı quldarlıq quruluşu və barbarlar çökdürdü, Ramin Musayevi isə özünü əvəzolunmaz hesab etməsi. İndi onun ixtiyarında yalnız quru ad qalıb.
Amma 2008- ildə işə başlayanda, Roma kimi əzəmətliydi: ölkə çempionatında 14 klub mübarizə aparırdı. Onlardan 10-u qızıl medallara namizəd sayılırdı. İndi lələ köçüb, yurdu qalıb. Son 2 mövsümdə cəmi 8 komanda çıxış edir. Rəqabətdən, səviyyədən isə danışılası deyil. Hazırda ilk dövrə başa çatıb. «Qarabağ» xaric, lider «Neftçi»nin digərlərindən xal fərqi 9-dur. «Köhlən atlılar»ın 16 xalı var, amma bir görüş az keçirib. Onun «Keşlə»ni büdrətməsinə şubhə yoxdur. Bu vəziyyət 15-20 il öncəki durğunluq, «peraşki» dövrünü xatırladır: 2 klub çempionluğa, digərləri özləri üçün oynayırlar.
Ümümiyyətlə, dünyada nə pislik var – televiziada xarici kanallarda görduklərimiz, kitablar, qəzetlərdə oxuduğumuz – bu 10 ildə Ramin Musayevin çempionatında gördük: futbolçunun porno ulduzla biədəb çəkilişi, oyun alqı-satqısı və qumarda iştiraklar, premyer liqada çıxış edən oyunçunun kabel oğurlaması, vaxtı ikən oyun satan referinin hakimlərin başında oturması, amansız dava-dalaş və sairə. Bu planetdə yalnız onun çempionatındadır ki, 1-ci divizionun qalibi yüksək dəstəyə həsrətdir.
«Mimi»nin arxadağının spitrli içkidən məst olarkən, danışığını bilmədiyi hamıya bəllidir. Ötən il tanımış bir idman jurnalistinin Xırdalanda baş tutan toy şənliyində növbəti dəfə içib keflənən PFL prezidentinin Sadıq Sadıqovun üzünə söyləməyə cəsarət etmədiyini, onun keçmiş müavini Tahir Süleymanova dedi. Guya onun futbolçu oğlunu «Neftçi»də sıxışdırıblar. Ən acınaqlısı, «Bakı» və «Xəzər Lənkəran» klublarının sahibləri Hafiz Məmmədovla Mübariz Mənsimovun ölkə futboluna yatırdıqları milyonları, illərlə çəkdikləri zəhməti boş sayması, adı çəkilən komandaların premyer liqaya rəng qatmasını heç etməsi, bu amili yalnız və yalnız «neft krantı» ilə əlaqələndirməsiydi. Keçmiş referiyə «Bəs indi niyə yoxdular» ironik sual verən Ramin Musayev, öz hesabına ancaq bu 2 şəxsin Azərbaycan futboluna pul xərclədiyi fikrindədir : «Bakılı»nın prezidenti Misir Əbilov və «Nurgun Motors»un rəhbəri Nuru Əliyev. Sizcə, belə düşüncəli insan PFL prezidenti olmağa haqq edirmi? Ona artıq hamı qiymət verib. İllərdir xalqa sırıdığı «PFL futbolumuzu yüksəltdi» nağılın fatəhəsi isə, artıq verilmək üzrədir. Azərbaycan futbolunun axır qəmi olsun…
Kamran HACI