- Baxış sayı: 4
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İtaliyalı əfsanəvi futbolçusu Françesko Totti “Roma”dan ayrılmağın onun üçün çox çətin olduğunu deyib.
Allsport.az xəbər verir ki, 2001-ci ilin İtaliya çempionunun sözlərinə görə, o, bu qərarı uzun müddətdir düşünürdü.
2017-ci ilin mayında Totti karyerasını başa vurub, iyulda isə doğma klubuna direktor təyin olunub. İki il sonra o, rəhbərliyi müqavilələrə əməl etməməkdə ittiham edərək vəzifəsini tərk edib.
“Roma”dan ayrılmaq asan olmadı, amma bir neçə aydır ki, bu barədə düşünürəm.
Fikrimi deməyə icazə verilmədiyi üçün onların yolunda dayandığımı başa düşdüm. Ola bilsin ki, mən hazır deyildim və ya mənə masa arxasında yer vermək istəmirdilər, amma problem olanda müdaxilə etməyə hazır idim.
“Roma”dan ayrıldığımı elan etməkdənsə, ölməyi üstün tutardım. Heç vaxt düşünmədim ki, bu yeri öz istəyimlə tərk edəcəyəm, çünki bu komanda, mənim ailəm idi”, – Totti deyib.