Roman Qriqorçuk 1 oyun cəzalandırıldı, “Qəbələ” bundan 1600 manat ziyana düşdü

Bu gün Peşəkar Futbol Liqasının intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkə çempioatının 16-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçında xoşagəlməz hallarla bağlı qərarlar qəbul olunub.

Ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “qara-qırmızılar” 800 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ” baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə, hər iki məşqçi 1 oyunluq cəzalanıb.

“Qəbələ”nin baş məşqçisi bu halı mövsümdə 2-ci dəfə təkrarladığı üçün, klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub. Eyni hadisə yenidən təkrarlanacağı təqdirdə, klublara daha ağır sanksiya tətbiq olunacaq.

Həmin kateqoriyadan