- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının xeyli üzvünün milliyə çağrılmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis, onların yoxluğunda çətinlik çəkmələrinə rəğmən, uğurlu çızışlarını davam etdirəcəklərini deyib:
“Qarşıdakı qısa fasilədə sadəcə məşq üçün daha çox vaxtımız olacaq. Amma fasilədən qeyri-adi şəkildə istifadə edəcəyimizi deyə bilmərəm. Yığma üzvləri də bizimlə olmayacaq. 6 futbolçunun yoxluğu hazırlıq baxımından mənfi məqamdırsa, digər tərəfdən bu oyunçularımızın milliyə çağırılması ilə fəxr edirik.
Ümumiyyətlə, mən bütün futbolçularımızın millidə oynamasını istəyərdim. Bu, klub üçün də nüfuzludur. Başa düşürük ki, biz də millini anlayışla qarşılamalıyıq. Çünki Qətərlə qarşılaşma ciddi oyuna hazırlıq məqsədi daşıyır”.