- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 24-cü turunun “Qəbələ” – “Zirə” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Oyun haqda fikir bildirmək çətindir. Aydın məsələdir ki, bu qarşılaşmada bizə nəticə, 3 xal qazanmaq lazım idi. Biz bunu bacarmadıq. Lakin futbolçuları qınamaq çətindir. Birinci hissədə 5-7 dəqiqə düzgün oynamadıq və rəqib qısa müddət topa nəzarət etdi. Bu anlar istisna olmaqla böyük üstünlük bizdə idi. Yaxşı oynadıq.
Amma yenə vurmalı olduğumuz qolları rəqib qapısından keçirə bilmədik. Az qol vuranda və imkanlardan istifadə edə bilməyəndə qələbə qazanmaq imkanından məhrum olursan. Bunu arxada qoyub, yolumuza davam etməliyik. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, qarşıdakı görüşlərdə, hər oyunda qalib gəlməliyik. Aydındır ki, yarış cədvəli baxımından işimizi çətinləşdirdik.
Bu matçadək hər şey öz əlimizdə idi. Amma indi biz “Qarabağ”a qalib gəlməli və onların daha bir dəfə büdrəməsini ümid etməliyik. Əgər özün qalib gəlmirsənsə və bugünkü kimi matçlarda qələbə qazana bilmirsənsə, qızıl medal əldə etmək vəzifəsi çox çətinləşir. Belə matçları isə udmamaq olmaz. Biz isə qalib gələ bilmədik”.