Roman Qriqorçuk: “Bizə lazım olanları meydanda həyata keçirdik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan (2:0, ilk oyun 2:1) sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis Macarıstan MTK-sına qarşı keçirdikləri matç barədə bunu söyləyib:

“Qəbələ” növbəti mərhələyə adladı ki, buna çox şadam. Avropa səviyyəli, yaxşı bir rəqibə qalib gəldik. Hər iki matçda MTK-ya qalib gəlməyimiz görüşlərə daha yaxşı hazırlaşmağımız və bütün komponentlərdə onlardan üstün olmağımızla bağlıdır. Bu qarşılaşmada komanda istədiyimiz kimi oynadı. Bizə lazım olanları meydanda həyata keçirdik.

Ümumilikdə isə oyun ideal olmadı. Çünki ideal matçlar nadir hallarda yaşanır. Bəzi azsaylı məqamlar var ki, onların üzərində çalışacağıq. Futbolçularımıza minnətdaram. Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik. Bu komanda yüksək səviyyəyə malikdir. Belə rəqiblərlə qarşılaşmaq imkanımız olduğu üçün şadam. Onlara qalib gəlmək isə böyük nailiyyət olacaq. Biz də bunu gerçəkləşdirməyə çalışacağıq”.

Həmin kateqoriyadan