- Baxış sayı: 23
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunun “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Əvəzetmələrin hesabına qalib gəldiyimizi deyə bilmərik. Oyunçu dəyişikliklərindən sonra meydanda olan heyətin daha düzgün oynadığını söyləmək mümkündür. Onlar bizə lazım olan kimi oynadılar. Bu da ikinci hissədə də bizim üsluba, yanaşmamıza uyğun idi.
Bütün bunlar nəticədə təsdiqini tapdı. Biz də müqayisə üçün məlumat əldə etdik ki, necə etmək lazımdır, necə lazım deyil. Voislav Stankoviçin yoxluğunda Ürfan Abbasovun mərkəz müdafiəçisi mövqeyində yer almasına gəlincə, biz hər addımı atanda dərindən ölçüb-biçirik. Bundan sonra qərar veririk. Belə olanda, heç vaxt sonradan peşman olmursan. Çünki məsələylə bağlı çox düşünmüsən.
Heç kim deyə bilməz ki, başqa cür olsaydı, necə nəticələnərdi. Düşünürəm ki, çox düzgün etmişik. Təmkin Xəlilzadə hələ komandaya tam adaptasiya olmayıb. Bunun üçün ona vaxt lazımdır. Bununla bağlı narahat deyilik. Mən ona inanıram. Düşünürəm ki, müəyyən müddətdən sonra bizim üsluba, bizim yanaşmaya uyğun oynayacaq”.