- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Premyer liqasının 2-ci turunda “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı gabalafc.az-a istinadən sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. “Qarabağ”la keçirəcəyimiz növbəti matç çox ciddi olacaq. Çünki top-komanda ilə görüşəcəyik. Bu matçlar həmişə maraqlı olub. Qarşılaşmaya ciddi hazırlaşacağıq. Necə olacağını isə avqustun 26-da görəcəyik.
Komanda udanda həmişə yaxşı əhval-ruhiyyədə olur. Ötən mövsüm 10-dan artıq matç oldu ki, üstün oynasaq da xal itirdik. İndi qalib gəlmişiksə, narahat olmağa dəyməz. Cavid Hüseynov özü də oynamaq istəyirdi. Amma hərarəti və boğaz ağrısı olduğundan risk edə bilməzdik. Elə epizodlar oldu ki, onlardan narazı qaldım. Sürətli hücumlarda daha düzgün oynaya bilərdik. Azərbaycanda futbol təqvimi çox yaxşıdır.
İstəyərdim ki, biz də qrupda oynayaq. Avrokuboklarda oynayan komanda üstünlük əldə edir. Çünki yaxşı komandalarla oynayır və daim formada olur. Təbii ki, əgər heyət düzgün komplektləşibsə, bu, yalnız çempionatda oynamaqdan üstündür. Ona görə də bizim “Qarabağ”dan üstünlüyümüz yoxdur”.