- Baxış sayı: 167
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 167
- Dekabr 05, 2025
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu, bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”.