Roman Qriqorçukdan acı etiraf: “Bu gün olan səhvlərə görə utanıram”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik. Misal üçün “Kəpəz”lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular. Futbolçuların yerində mən də olsaydım, hücuma atılardım.

Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı”.

Həmin kateqoriyadan