Roman Qriqorçuk: Bu mövsüm 142 real, 100 faizliyə yaxın qol imkanlarını qaçırmışıq

Premyer liqanın 28-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Turnir cədvəli baxımından oyunun əhəmiyyət kəsb etməməsi çox yaxşı oldu. Çünki mövsüm ərzində az oynayan futbolçulara şans verib, onlar barədə məlumat əldə etmək baxımından çox faydalı oldu. Bu məlumat da oyunçular barədə fərqli alındı. Bunun üçün çox sevinirəm. Biz futbolçumuzun, Filip Ozobiçin bombardir olması deyil, komanda haqda düşünürdük.

Həm də hücumçunun 11 qolla bombardir olması çox pis göstəricidir. Oyunçumuzun belə göstərici ilə bombardir olmasını istəməzdim. Mövsümün əvvəlki 27 matçı ilə bağlı statistika hesablamışam. Vurduğumuz qollardan başqa 142 real, 100 faizliyə yaxın qol imkanlarını qaçırmışıq. Hər futbolçu üzrə bu rəqəmlərin də neçə olduğunu bilirəm. Ozobiç öz imkanlarının ən azı yarısı və ya heç olmasa 1/3-dən yararlansaydı, bombardirliyi samballı rəqəmlərlə ifadə olunardı”.

Həmin kateqoriyadan