Roman Qriqorçuk: “Bu sistemdə çox uduzmuşam”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında keçirilən “Qəbələ” – AzAL oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Oyunun ikinci yarısında 3-5-2 sistemi ilə oynamağımıza gəlincə, bu kənardan belə görünürdü. Əslində biz müdafiəçilərə fərqli tapşırıqlar vermişdik. Növbəti oyunlarda bu sistemdən istifadə edəcəyimizlə bağlı nəsə deyə bilmərəm. Uzun illər 3 müdafiəçili sistemdən istifadə etmişəm. Buna bələdəm. Bu sistemdə çox uduzmuşam.

Yenidən həmin sxemə keçməyimiz mənasız olardı. Amma bunu bacarsaq, heç də pis sayılmaz. Çünki komandamızın müxtəlif sistemdə oynaya bilməsi yaxşı hal olardı. Təbii ki, buna vaxt lazımdır. İndi isə bunu etmək çətindir. Birinci hissə ilə müqayisədə ikinci hissədə çox şeyi dəyişməyə ehtiyac yox idi. Sadəcə tempi artırıb, daha aqressiv, hücumda kəsərli oynamalı idik.

Prinsipcə, bu da bizdə alındı. Qol imkanlarından istifadə isə yenə çox aşağı səviyyədə idi. Bu görüşdəki qədər qol imkanı əldə etdiyimiz oyun xatırlamıram. Fərqləndiyimiz epizodlardan başqa, təxminən 10 yüz faizlik qol imkanımız da oldu. Bu bir yandan yaxşıdır ki, bu qədər epizod yaradırıq. Digər tərəfdən bundan istifadə isə çox aşağıdır”.

Həmin kateqoriyadan