- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Ukraynanın “Çernomorets” klubunun sabiq qapıçısı Yuri Martişuk karyerasını Azərbaycanda davam etdirə bilər. Rekord.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan futbolçunun meneceri Aleksandr Pankov Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
“Hazırda Avropanın bir neçə klubu ilə danışıqlar aparırıq. Bunların arasında Slovakiya və Çexiya klubları var. Həmçinin Azərbaycan klubu ilə də danışıq aparırıq”.
Qeyd edək ki, vaxtilə Odessa “Çernomorets”ini “Qəbələ”nin indiki baş məşqçisi Roman Qriqorçuk çalışdırıb. Bu üzdən də Martişuku komandasında görməyi məhz ukraynalı mütəxəssisin arzulaması istisna deyil.