Roman Qriqorçuk danışmağa söz tapmır

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 32-ci turunda bu gün “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabı ilə bitən matçdan sonra bunu deyib:

“Qol vəziyyətlərimizdən yaxşı yararlana bilmədik. Prinsipcə, bu yöndə bizdə heç nə dəyişməyib. İnanılmaz dərəcədə qol şansları əldə etdiyimiz halda, onları boşa veririk. Elə ilk hissədə üç qol vurmalı idik. Buna görə çox enerji itiririk, çox əsəbləşirik. Mümkündür ki, buna görə də komanda üzvləri konsentrasiyanı itirirlər. Nə qədər yaxşı və çox qol epizodu yaratsan da, onlardan yararlana bilməyəndən sonra öz əhəmiyyətini itirir.

Aydın məsələdir ki, hakimlərdə təzyiq var. Amma mən “Neftçi” ilə kubok görüşündən sonra sadəcə, həmin mübahisəli epizoda yox, ümumiyyətlə, mövsüm ərzində üzləşdiyimiz hakim haqsızlıqlarını dilə gətirmişdim. Həmin matçdan sonra çox əsəbi olduğum üçün danışdım. Amma hər oyundan sonra hakimlər barədə danışmağa hazırlaşmıram”.

Həmin kateqoriyadan