- Baxış sayı: 5
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqanın 8-ci turunda “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, ukraynalı çalışdırıcısı 1:1 hesabı ilə bitən qarşılaşmadan sonra bunu söyləyib:
“Bu oyunda komandadan razı qalmadım. Çünki istədiyimiz nəticəni qazana bilmədik. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm. Yetirmələrimin bundan da yaxşı oyunlar keçirdiyini görmüşəm. Təbii ki, belə meydanda oynamaq çox çətindir. Süni meydançalar böyük problemdir.
Hər iki komandanın şərtləri eyni olsa da, burada heç süni ot da yox idi. Ot olmayan meydanda necə oynamaq olar? Bu artıq digər idman növünə aiddir. Nəticədə iki futbolçumuz zədə aldı. UEFA Avropa Liqasının “Sent-Etyen”lə oyun öncəsi ciddi problemdir. Təkcə, Asif Məmmədov deyil, bizdə bütün futbolçular hücumçuları topla təmin etməlidir.
Onlar qapıya zərbə vurmalı, komanda yoldaşlarına ötürmə verməlidirlər. Lakin bu matçda belə edə bilmədik. Bunun da səbəbini məhz meydan amili ilə izah etmək olar. Rəşad Sadiqovla Baqali Dabonun zədəsinə gəlincə, həkimdən soruşmamış deyə bilərəm ki, hər iki futbolçu 3 həftə oynamayacaqlar”.