- Baxış sayı: 22
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqasının 12-ci turunun “Neftçi” – “Qəbələ” oyunundan (2:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin açıqlaması ilə tanış edir:
“Oyundan razı qaldıq. Müsbət hisslərimiz var. Qalib gəldik ki, əsas olan da bu idi. Bu 3 xal çox vacib idi. Elə vəziyyət idi ki, turun son matçında oynayırdıq və ehtiyatda görüşümüz olsa da, digərlərindən geri qalırdıq. Buna görə də, ən sevindirici və ən vacibi qazanılan qələbədir. Hava mübarizəsində boy fərqindəki santimetrlər rol oynamadığına əminəm. Əsas burada oynamağı bacarmaqdır. Onlarla məqam var ki, futbolçular bunu bilməli və yerinə yetirməlidir.
Hər iki qolu künc zərbəsindən buraxdığımıza üzgünəm. Hər belə epizodda narahat olurdum ki, sonu necə nəticələnəcək. Belə görünür ki, bu oyun komponenti üzərində çalışmağın vaxtı çatıb. Hərçənd hesab edirəm ki, bununla məşğul olmaq lazım deyil. Hesab 2:2 olanda tabloya baxır və hələ çox vaxtın qaldığını görürdüm. Bilirdim ki, meydan da çox şeylər baş verə bilər və qalib gəlmək üçün nələr etməli olduğumuz barədə fikirləşirdim. Elvin Məmmədov kimi təcrübəli futbolçu bir neçə səhv etdi.
Növbəti künc zərbələrini düşündüyümdən onu əvəzlədim. Futbolçu funksiyalarını düzgün icra edə bilmirsə, dəyişiklik olmalıdır. İlk dövrədəki ilə müqayisədə daha çətin qələbə qazandıq. “Neftçi”nin işlərinin necə getməsi haqda fikir bildirmək istəmirəm. Əvvəllər də demişəm bu komanda potensiala malikdir. Oyunçu seçimi, adı var və “Neftçi”nin daha yaxşı olacağına şübhə etmirəm. Real olaraq ciddi rəqibi udmağımız qələbəni daha xoş edir.
Toplanışla bağlı planlar hələ kağız üzərindədir. Təəssüf ki, sonradan bəzi oyunlar alınmır. Buna ciddi yanaşıb, qarşılaşacağımız komandalarla anlaşma imzalasaq da, bəzən müxtəlif səbəblərdən baş tutmur. Hələlik dəqiq heç nə deyə bilmərəm. Hər hansı sınaq matçının keçiriləcəyi tarixlə bağlı konkret anlaşma hələ yoxdur. Heyət barədə onu deyə bilərəm ki, hələ işlər gedir. Bəzi futbolçular hələ də tam uyğunlaşmayıblar. Zədə üzündən də kənarda qalanlar olur. Qış fasiləsindən sonra daha aydın vəziyyət yaranacaq”.