- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşür:
“Borussiya” ilə ilk matçda da qələbə qazanmaq istəyirdik. Qarşılaşmanın əvvəlində yaxşı qol imkanlarımız da oldu. Səfərdə uğur əldə etmək üçün daha yaxşı çalışmalıyıq. Çünki hər qarşılaşmada əvvəl oynadığımızdan daha da yaxşı çıxış etmək istəyirik. İnanıram ki, sabahkı qarşılaşmada oyunçularımın hər biri özünün ən yaxşı matçını keçirəcək. “Qəbələ” hücumları məntiqi sonluğa çatdırmağı yaxşılaşdırmalıdır. Komandada psixoloji vəziyyət yaxşıdır. “Borussiya” ilə matçdan həzz almaq lazımdır. Premyer Liqa haqda düşünmürük. Belə rəqibə qarşı hər cəhətdən yüksək səviyyədə oynamaq lazımdır. Taktiki cəhətdən düzgün çıxış edib, rəqibin hücumlarının qarşısını kəsməli, hücumda da yaxşı oynamalıyıq. Çünki ancaq müdafiə olunmaqla, “Borussiya”dan xal almaq fikrimiz yoxdur. Buna görə də Dortmunddakı oyunda hücuma üstünlük verəcəyik”.