Roman Qriqorçuk: “İkinci yarıda hər şey qaydasına düşdü”

Premyer liqanın 21-ci turunun “İnter” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir: “Aydın məsələdir ki, əsas nəticədir. Biz də bu istəyimizə nail olduq. Oyunun əvvəlində həddən artıq istəkli olmağımız və həyəcandan müəyyən tələskənlik var idi.

İkinci yarıda hər şey qaydasına düşdü. Düşünürəm ki, hesab tam oyuna görə oldu. Bəlkə də futbolçuların tələskənliyi daha əvvəl keçirilən “Sumqayıt” – “Qarabağ” matçının nəticəsini bilmələri ilə bağlıdır. Əslində isə belə olmamalıdır. Bu da oyunçuların həyəcan keçirmələrinə əlavə səbəbdir. Onlarda nə isə alınmayanda, narahat olurdular. Yaxşı ki, fasilədən sonra bunu aradan qaldırdıq və inamlı təsir bağışladıq”.

Həmin kateqoriyadan