Roman Qriqorçukdan etiraf: “İnter”dən tam üstün oynamadıq”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Uzun müddətdir olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. “Borussiya” ilə məğlubiyyət isə bu qəbildən deyil.

Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı”.

Həmin kateqoriyadan