- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0
“Qəbələ” futbol klubunun baş məşqçisi Roman Qriqorçuk ölkəsinin milli komandasının sükanı arxasına keçəcək namizədlər siyahısında yer almır. Allsport.az saytının xəbərinə görə, bu barədə ukraynalı həmkarlarımız yazıb.
Məlumatda bildirilir ki, hazırda qara dənizlilərin başına keçməyə əsas namizəd Andrey Şevçenko hesab olunur. Bu barədə Ukrayna yığmasının digər sabiq futbolçusu Artyom Milevski məlumat verib.
Qeyd edək ki, Roman Qriqorçuk bu xəbərlər yaranan ilk gündən Ukrayna yığmasını çalışdırmaq yox, “Qəbələ”dəki karyerası barədə düşündüyünü vurğulayıb.