Roman Qriqorçuk: “Kəpəz”ə qalib gələ bilməməyimizin obyektiv səbəbləri var

Premyer liqanın 20-ci turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Oyunda hər şey gözlənildiyi kimi oldu. Futbol üçün yararsız meydanda oynadıq. Burada futbol oynamaq mümkün deyil. Müxtəlif primitiv variantlar fikirləşmək lazımdır. Ümumilikdə oyunçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Qalib gələ bilməmələrinin isə obyektiv səbəbləri vardı.

Gəncədəki oyunlar AzAL və “İnter”in meydanındakı matçlara bənzəyir. Biz bu meydanlarda da qalib gəlməyə çalışırıq. Amma bizim nümayiş etdirdiyimiz kombinasiyalı oyun belə meydanlarda alınmır. Bizə hansı yollasa qalib gəlmək lazımdır. Meydan amilinin rolu olan bu qarşılaşmalar istisnadır ki, orda “Qəbələ” öz oyununu göstərə bilmir. Bu üzdən üzülmür, futbolçularıma irad bildirmirəm”.

Həmin kateqoriyadan