- Baxış sayı: 7
- 27 Noyabr 2024 13:47
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 14-cü turunun “Qəbələ” – “Keşlə” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Kifayət qədər yaxşı üslubda qalib gəldik. Qarşılaşmanın elə hissələri oldu ki, çox yaxşı oyun göstərdik. Çempionatın bu hissəsinin son matçı idi. Nəticədən razıyıq, əhval-ruhiyyə yaxşıdır. Lakin başa düşürük ki, hələ üzərində çalışıb, yaxşılaşdırmalı olduğumuz çox işlər var.
Kimin qalıb, kimin gedəcəyi haqda indidən nəsə deyə bilmərəm. Hələlik bununla bağlı qərarımız yoxdur. Bəlkə də kubok matçlarından sonra nə isə deyə bilərik. Zaman keçir, biz də çalışırıq. Təbii ki, imkanlardan istifadə yaxşılaşıb. Buna şadıq.
Çünki bu amil nəticə qazanmaq üçün həlledicidir. Əlbəttə ki, biz razıyıq. Amma deyə bilmərəm ki, potensialımızın 100 faizindən yararlanırıq. Düşünürəm ki, bu oyun komponentini daha yaxşı səviyyəyə qaldırmaq imkanlarımız var”.