- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 25-ci turunda “Qarabağ” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Lazım olan nəticəni qazana bilməməyimizi başa düşür və buna təəssüflənirəm. Bu nəticəni sakit, olduğu kimi qəbul edirəm ki, biz “Qarabağ”la heç-heçə oynadıq. Yolumuza davam edəcəyik. Lazım olan hər şeyi düzgün etdik. Amma təəssüf ki, bütün bunlar nəticə qazanmaq üçün yetərli olmadı. Yalnız indi düşündüklərim haqda danışa bilərəm. Qarşıdakı bütün oyunlarda qələbə qazanmalıyıq və final haqda fikirləşməliyik.
Öz sistemimizə uyğun, 4 hücumçu ilə oynadıq. Bu da nəticə qazanmaq üçün yetərlidir. Komandamdan razı qaldım. Oyunçulara iradım yoxdur. 3 oyun 9 xal deməkdir. Çempionluq baxımından “Qarabağ”ın şansları daha çoxdur. Bu gün “Qarabağ” çox yaxşı oynadı. Müdafiədə yaxşı çıxış etdilər və daha çox ümid etdiyimiz sürətli oyunçularımızın qarşısını ala bildilər. Onlar həm fərdi, həm kollektiv oyun baxımından bunu bacardı. Hesab edirəm ki, biz ən azı 5-6 qalib gəlməli olduğumuz oyunlarda xal itirdik.
Elə oyun olub ki, 10-15 qol imkanımızı qaçırmışıq. İdeala yaxın çıxış etdiyimiz matçlarda da istifadənin aşağı olmasından qələbə qazana bilməmişik. Düşünmürəm ki, “Qarabağ” çempion olsa, bununla kifayətlənəcək. Titul heç vaxt artıq olmur. Hər qazanılan mükafat növbəti uğur istəyini daha da artırır. Qarşıda hər komanda xal itirə bilər. Biz isə çalışacağıq ki, xal itirməyək”.