Roman Qriqorçuk: Mənə elə gəlir ki, “Qarabağ” ötən ildəkindən daha güclü olub

Premyer liqanın 15-ci turunun “Qarabağ” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Meydandan gördüklərimə əsasən komandaları müqayisə etsəm, heç-heçədən razı qalmalı olduğumuzu düşünürəm. Çünki biz çox yaxşı komandaya qarşı oynayırdıq. Bu gün rəqibin futbolçularının güclü fərdi keyfiyyətləri hiss olunurdu. Biz bunu öz üzərimizdə gördük. Yaxşı oldu ki, bunun öhdəsindən gələ bildik. Bu üzdən də heç-heçə bizim üçün yaxşı nəticədir.

Əlbəttə, bu gün nəticədən razıyam. Növbəti dəfə çempion olmaq istəyən komanda ilə görüşdük. Bunun üçün rəqibin hər şeyi var və futbol oynamağı bacarır. Təbii ki, biz də meydanın rəqibə aid hissəsində, tək qapıya oynamaq istəyirik. Lakin “Qarabağ” bunu istəmir. Rəqib çox yaxşı, güclü komandadır. Mənə elə gəlir ki, “Qarabağ” ötən ildəkindən daha güclü olub. Mən komandadan razı qaldım. Futbolçular yaxşı oynadılar. Belə güclü rəqiblə heç-heçə etməyimizdən çox razıyıq”.

 

Həmin kateqoriyadan