Roman Qriqorçuk: Mənfi saya biləcəyimiz çox az məqam var

Türkiyənin Antalya şəhərində “Qəbələ” – “Bohemians” (Çex Respublikası) yoxlama oyunu 1:3 nəticələnib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk bunu deyib:

“Bu oyundan, matçın baş tutmasından razıyam. Yaxşı məşq alındı. Qarşılaşmada futbolçular və durumumuz barədə çox məlumat əldə etdik. Düzgün məşq keçdik. Bu matçı yaxşı qiymətləndirirəm. Əlbəttə ki, narazı qaldığım məqamlar da oldu. Amma buna və fərdi xətalara ayrı-ayrılıqda fikir verə bilmərik. Biz oyunu qlobal, bütöv şəkildə təhlil etməliyik.

Bu baxımdan hər şey qaydasındadır. Lakin aldığımız məlumat təkmilləşməyə, qısa zamanda müəyyən düzəlişlərə məcbur edir. Biz də bununla məşğul olacağıq. Çox yaxşı hazırlıq keçdik. Mənfi saya biləcəyimiz çox az məqam var. Qalan qısa müddətdə bəzi məqamları çatdıra biləcəyimiz qədər düzəldəcəyik. Ümumilikdə isə hazırlıq prosesi ilə bağlı hər şey yaxşıır”.

Həmin kateqoriyadan