- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyundan (1:1) sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis Fransanın “Lill” klubuna qarşı keçirdikləri görüş barədə bunları söyləyib:
“Rəqibin səviyyəsini, reytinqini nəzərə alsaq, bu heç-heçə bizim üçün tarixi nəticədir. Biz bu nəticədən çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik. Əlbəttə ki, özümüzə inanırıq. Mərhələ adlamaq üçün bizdən asılı olan hər şeyi edəcəyik.
Özünəinamımızı o artırır ki, bir həftəyə daha yaxşı oynaya biləcək potensialımız var. Təcrübə oyundan-oyuna qazanılır. “Lill” yüksək sürətə malik futbolçulardan təşkil olunub. Onlara qarşı ya eyni dərəcədə sürətli olmalısan, ya da taktikadan yararlanmalısan”.