Roman Qriqorçuk: “Narazılıq üçün əsas yoxdur”

“Qəbələ” Antalyada keçirilən təlim-məşq toplanışında 3-cü yoxlama oyununda Qazaxıstanın “Ordabası” klubu ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikrini gabalafc.az-a açıqlayıb:

“İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu.

Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.

Həmin kateqoriyadan