- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Qəbələ” – “Sent-Etyen” (Fransa) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Sent-Etyen”lə görüş cari mövsümdə 4-cü qrup oyunudur. İlk dəfə top-çempionat komandası ilə bərabər oynadığımızı deyə bilərəm. Bu, komandamızın inkişaf etdiyini göstərir. Bu məni sevindirir. Ümid edirəm ki, bu inkişaf davam edəcək. Qələbəni rəqibə hədiyyə etdiyimizi söyləməzdim. Yalnız ikinci qol kobud səhvdən sonra vuruldu.
Bu turnirdə çıxış etdiyimiz üçün şadıq. Mərhələ keçmək şansımız qalmasa da, nə isə öyrənmək imkanımız var. Özümüzdən bəhs etdirməyə, futbolçularımızın özünü mütəxəssislərin gözündə yüksəltməsi üçün şansımız var. UEFA Avropa Liqasındakı hər qarşılaşma vacibdir. Mərhələ adlamaq şansımız olmadığı üçün son iki görüşə motivasiyasız çıxmayacağıq. Öncədən də şansımızın az olduğunu bilirdik”.