Roman Qriqorçuk: “Qarabağ” Ukraynada medallar uğrunda oynaya bilər”

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk gazeta.ua saytına müsahibə verib. Allsport.az xəbər verir ki, son olaraq “Astana”nı çalışdıran ukraynalı Azərbaycan cə “Qazaxıstan” futbolunu müqayisə edib:

“Hər iki ölkədə futbol səviyyəlidi. “Kayrat”, “Astana” və “Qarabağ”ı götürsək, onların şəraiti idealdı. Onlar Ukraynada medallar uğrunda oynaya bilərlər. Demək olmaz ki, zəif komanda var. Hamısı yaxşı təmin olunub. Komandanı komplekləşdirmək üçün bütün şəraitə malikdilər. Əgər indiki Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdu.

Yalnız “Şaxtyor” və “Dinamo”nu ayıra bilərəm. İndi insanlar futbol haqda çox bilirlər. Bu ölkələrdə primitiv futbol oynayan komanda azdı. Hər bir klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Ona görə də futbolun harda zəif olduğundan danışmaz olmaz. Hazırda hər bir komandanın özünün siması, imzası var”

Həmin kateqoriyadan