- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter” – “Qəbələ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
“Qol vəziyyətlərini qaçırmağımızın bir neçə səbəbi var. Bu mənada oyunçuların ustalıq səviyyəsi vacib məqamdır. Təşkil edilən hücum zamanı epizodu qola çevirmək üçün futbolçuların ustalıq səviyyəsi lazımdır. Bu da kifayət qədər deyil. Bu qədər qol imkanları yaradıb, lazımınca istifadə edə bilmədikləri üçün futbolçulara görə üzülürəm.
Daniel Subotiçi başa düşmək olar. O, 2 qol vurdu və daha çox da vura bilərdi. Əvəzlənərkən bunun üçün məyus idi. Qolun sayılmadığı epizodda hər şey qaydalar çərçivəsində idi. Dördüncü hakim mənə dedi ki, oyunçumuz rəqibin qarşısını kəsdiyindən qol qeydə alınmayıb”.