Roman Qriqorçuk: Qolda elə səhvə yol verdik ki, bunu bizim etdiyinə inanmaq çətindir

Premyer liqanın 22-ci turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Gözlədiyimiz kimi, ağır oyun oldu. Belə matçlarda qol imkanları az olur. Baxmayaraq ki, ilk yarıda bir sıra imkanlar əldə etdik. Uduzmağımızın əsas səbəblərindən biri bu şanslardan yararlanmamağımızdır. Əlbəttə, buraxdığımız qol epizodunda isə elə səhvə yol verdik ki, bunu bizim komandanın etdiyinə inanmaq da çətindir. Komandamız belə xəta etmir.

İki yerli futbolçumuz son anda sıradan çıxdı. Ruslan Qurbanovla Rəşad Sadiqovun yoxluğunda belə heyət qurduq. Yoxsa ki, başqa “11-lik”də ola bilərdi. Yaxşı futbolçu olmaq istəyən həm milli, həm klubda oynamağı bacarmalıdır. Onlar bütün matçlara eyni səviyyədə çıxmalıdır. Rəqibin tempi aşağı saldığını deməzdim. “Neftçi” müdafiədə sıx oynayır və əks-hücumlara çıxmaq üçün öz anını gözləyirdi. Belə vəziyyətdə daha yüksək səviyyədə oynamaq lazım idi”.

Həmin kateqoriyadan