Roman Qriqorçuk: Rəqib barədə danışmağı xoşlamıram

Premyer liqanın 13-cü turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:6) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Komandamdan razı qaldım. Həm oyun, həm də nəticə ürəyimcə oldu. Futbolçularımız çox yaxşı çıxış etdilər. Keyfiyyətli oyun nümayiş etdirdik.

Rəqib barədə danışmağı xoşlamıram. Həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini görürük”.

Həmin kateqoriyadan