Roman Qriqorçuk: “Rəqibin yaxşı futbol oynadığını etiraf edirəm”

Avropa liqasının 3-cü ələməsinin ilk oyunları çərçivəsində “Panatinaikos” – “Qəbələ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Məğlubiyyətdən sonra oyundan razı qalmaq mümkün deyil. Bu gün isə uduzduq. Rəqibin qalib gəlməsi tam qanunauyğun idi. Hətta hesab daha böyük ola bilərdi. “Panatinaikos”un oyunu tamamilə gözlədiyimiz mənzərə idi. Həm taktiki, həm strateji cəhətdən belə oynayacağını bilirdik. Düzdür, bəzi xırda yeniliklər də var idi. Amma bizi təəccübləndirən bir məqam izləmədik.

Bu gün istədiyimiz və bacardığımız kimi oynaya bilmədik. Öz üslubumuzda oynaya biləcəyimiz halda, fərqli futbol göstərdik. Məni də bu üzdü. Bu gün rəqibin ciddi üstünlüyü var idi. Lakin düşünmürəm ki, vəziyyəti düzəldə bilmərik. Çünki hətta hazırlığımızın indiki mərhələsində də biz daha düzgün oynamaq gücündəyik. Bu gün də biz fərqli oynamalı idik. Amma rəqib bizə öz futbolumuzu oynamağa imkan vermədi.

Rəqibin yaxşı futbol oynadığını etiraf edirəm. Mərhələ keçmək şanslarımız var və az deyil. Bu günkü qarşılaşmanın necə keçməsinə baxmayaraq, şanssız olduğumuzu demək olmaz. Biz hər görüşdə ən hazırlıqlı futbolçulara şans veririk. Ona görə də cavab matçında hansı dəyişikliklər olacağını indidən demək olmaz. Amma əminəm ki, biz fərqli oynayacağıq. Çünki bugünkü kimi oynaya bilmərik”.

Həmin kateqoriyadan