- Baxış sayı: 29
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 27
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 18-ci turunun “Zirə” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Komandamdan razı qaldım. Biz öz oyun üslubumuzda oynadıq. Qarşılaşma ərzində özümüzü yaxşı tərəfdən göstərdik. Matçın əvvəlində süni meydan bizə bir az mane oldu. Buna bir az uyğunlaşmaq lazım gəldi. Amma ümumilikdə yaxşı oyun nümayiş etdirdik. Təəssüf ki, standart vəziyyətlərdən 2 qol buraxdıq. Bu da yolverilməzdir. Oyunçularıma dedim ki, başlarını uca tutsunlar, üzülməsinlər. Çünki bu gün hadisələrin axarı, oyunun gedişi, bir çox şey bizə qarşı idi.
Pis oynayanda və ya bunu heç bacarmayanda məyus ola bilərsən. Amma bugünkü kimi yaxşı oynayanda, keyfiyyətli futbol nümayiş etdirib, nəticə qazanmayanda üzülməməlisən. Təbii ki, səhvlər var ki, onların üzərində çalışmalıyıq. Ancaq başımızı aşağı salıb, əhvalımızı korlamamalıyıq. Özümüzdən asılı olan hər şeyi düzgün təhlil edib, işimizi düz qurmalıyıq. Nəzərə almalıyıq ki, hadisələrin axarı da var. Komandaya daha asan olması üçün bəxt, axar da kömək etməlidir”.