Roman Qriqorçuk: “Təmiz oyunlar olmasının tərəfdarıyıq”

Premyer liqanın 16 turunun “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:0) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Daniel Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. O, bu matçda əlinə düşən tək imkandan maksimum faydalandı. Ötən oyundan sonra hücumçularımızın imkanlardan yararlana bilməməyini tənqid etmişdim. Lakin oyunçularımızı tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə, psixoloji cəhətdən çətin vəziyyətə düşürlər.

Belə durumda vurulan 1 qol vəziyyəti dəyişir. Bugünkü matçdan sonra eşitdim ki, qol vurulan anda ofsayd var idi. Amma özüm epizodu izləməmişəm. Buna baxandan sonra tam dəqiqliyi ilə fikrimi deyə bilərəm. Hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. Təmiz oyunlar olmasının tərəfdarıyıq”.

Həmin kateqoriyadan