Roman Qriqorçuk: Tətilə xoş hisslərlə gedirik

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” matçından (2:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil.

Hələ ki, bütün oyunçular bizimlədir. Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik. Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kimin əvəz edəcəyi hələlik bəlli deyil”

Həmin kateqoriyadan