- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ” – “Zaqatala” qarşılaşması meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk üçün yubiley matçı olacaq. Allsport.az saytı xəbər verir ki, ötən ilin əvvəlindən komandanı çalışdıran ukraynalı mütəxəssisin rəhbərliyi ilə “qırmızı-qaralar” 100-cü oyununa çıxacaq.
Üç müxtəlif turnirdə (Premyer Liqa, ölkə kuboku və Avropa Liqası) keçirdiyi 99 matçda 51 yaşlı çalışdırıcı 46 oyunu qalibiyyətlə, 26 qarşılaşmanı sülhlə, 27 matçı isə xalsız başa vurub. Şimal-qərb təmsilçisi rəqib qapılarını 146 dəfə silkələyib, qapısından isə 89 top buraxıb.