- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
Antalyada təlim-məşq toplanışı çərçivəsində “Qəbələ” Albaniyanın “Partizani” klubu ilə yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, görüş rəqibin 2:1 hesablı üstünlüyü ilə bitib. Matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk gabalafc.az-a fikrini açıqlayıb. Sitat:
“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Futbolçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq. İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı.
Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”