- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Azərbaycan kubokunun finalında baş tutan “Qarabağ” – “Qəbələ” matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikrri ilə tanış edir:
“Qarabağ”ı təbrik edirəm. Nəticə oyuna görə oldu. Bu gün rəqib güclü idi. Tellur Mütəllimovun zədələnməsi bizim üçün problem yaratdı. Nəyin necə olacağını əvvəldən təxmin etmək mümkün deyil. Fiziki cəhətdən gücümüzün çatmadığını deməzdim. Bütün mövsümü indi burda təhlil edə bilmərəm.
İndi yalnız bugünkü oyun barədə danışmaq olar. Finaldakı məğlubiyyətin əsas səbəbini dedim. Təbii ki, qarşılaşmanı tam təhlil edəcəyik. “Qarabağ”la eyni şərtlər altında oynadığımızdan meydança barədə danışmağa dəyməz. Vəziyyətə uyğun hərəkət etmək lazımdır”.