Roman Qriqorçukdan məğlubiyyətə bəhanə: İndi biz Avropa Liqasında təcrübə qazanırıq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Sent-Etyen” (Fransa) – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Düşünürəm ki, hesab oyuna görə idi. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdur. Çünki çox güclü komandaya uduzmuşuq. Təxminən 3 il əvvəl “Çernomorets”in baş məşqçisi olduğum vaxt Fransada “Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm.

Çünki fərqli vəziyyətlərdir. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq. Görürəm ki, hər üç rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. Bu da komandamıza lazımdır. İnanıram ki, komanda daha güclü olacaq”.

Həmin kateqoriyadan