Roman Qriqorçukun etirafı: Hücum zamanı ifaçılıq bacarığı çox pis idi

Premyer liqanın 17-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Təəssüf ki, uduzduğumuz oyundur. Amma fikrimcə, bu matçda məğlub olmamalı idik. Bizim üçün çox pis alındı. Uğursuz şəkildə qol buraxdıq. Böyük oyun üstünlüyündən yararlana bilmədik. Nəticədə xal itkisi ilə üzləşdik. Komandaya iradım yoxdur və bu məğlubiyyəti öz səviyyəmizdən aşağı oynamaqla bağlaya bilmərəm. Biz öz səviyyəmizdə oyunumuzu göstərdik.

Yalnız bu gün hücumların sonluğunda, imkanlardan istifadə zamanı ifaçılıq bacarığı çox pis idi. Amma motivasiyalı olmamağımızı, imkanlardan aşağı oynadığımız, çalışmadığımız üçün xal itirdiyimizi deməzdim. Başa düşürük ki, kimsə oynamayanda uduzmalı deyilik. Heyət elə komplektləşməlidir ki, 1-2 futbolçunu asanlıqla əvəzləyə bilək”.

Həmin kateqoriyadan