- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Haas F1” komandasının sürücüsü Roman Qrojan Bakı trası haqda danışıb. Allsport.az saytı xəbər verir ki, isveçrəli pilot Azərbaycan qran-prisində faydalı ola biləcək çoxsaylı məqamların olduğunu deyib:
“Biz bir il əvvəl trasa uyğunlaşmaq üçün istifadə etdiyimiz vasitələri xatırlayacaq və yürüşdə daha yüksək nəticə əldə etmək barədə düşünəcəyik. Biz bu informasiyanı yeni maşınlara necə uyğunlaşdıracağımızı bilirik.
Bakı trasının birinci hissəsinə uzun düz yol və 90 dərəcəlik döngələr qarşısında kəskin tormoz vermələr daxildir. Bir o qədər də maraqlı sahə deyildir. Amma orada ötmək olar.
Sonra yolun xarakteri dəyişir. Tras qala ətrafında dağa qalxır. Ora çox sürətli sahədir. Son iki döngədə isə o, uzun yoldan əvvəl aşağı gedir. Sanki iki müxtəlif tras birində birləşib!”