Romero üçün la liqa nəhəngləri hərəkətə keçdi

“Tottenhem”in müdafiəçisi Kristian Romero üçün İspaniya nəhəngləri arasında ciddi rəqabət başlayıb.

Allsport.az xəbər verir ki, “Real Madrid”, “Barselona” və “Atletiko Madrid” 27 yaşlı argentinalını yayda transfer etmək niyyətindədir. Futbolçunun klubun transfer siyasətini “utancverici” adlandırması və rəhbərliklə yaranan gərginlik onun gediş ehtimalını artırıb.

Romeronun müqaviləsi 2029-cu ilə qədər olsa da, London klubunun onun satışı üçün 80-100 milyon avro civarında məbləğ tələb edəcəyi gözlənilir.

Həmin kateqoriyadan