- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Dağlıq Qarabağ savaşı dünyanın diqqət mərkəzindədir. Allsport.az saytı xəbər verir ki, futbol əfsanəsi Ronaldinyu da terrorçu Ermənistanın törətdiklərinə biganə qalmayıb. Braziliya millisinin keçmiş hücumçusu sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub:
“Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım. Tezliklə ora qayıtmaq istəyirəm”.
“Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense” (hamısı – Braziliya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Milan” (İtaliya) və “Keretaro” (Meksika) klublarında oynamış Ronaldinyu 1999-2013-cü illərdə yığmada 97 oyunda 3 qol vurub. 2002-ci ilin dünya çempionu, 2004 və 2005-ci illərdə FİFA-nın “İlin futbolçusu”, 2005-ci ildə “France Football”ın “Qızıl top” mükafatına yiyələnib.