Ronaldo millidən ayrılacaq

“Əl-Nəsr”in hücumçusu və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmadakı karyerasını necə bitirməyi planlaşdırdığından danışıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu verəcəyi qərarın ani olacağını söyləyib:

“Bu qərar həm kortəbii, həm də düşünülmüş olacaq, lakin bu barədə əvvəlcədən heç kimin xəbəri olmayacaq. Milli komandanın rənglərini təmsil etməkdən hədsiz qürur duyuram. Bu, gerçəkləşən bir arzudur! Ona görə də, Portuqaliya millisindən ayrılmaq qərarına gələndə heç kimə əvvəlcədən xəbərdarlıq etməyəcəm. Bu, mənim tərəfimdən çox kortəbii, həm də, çox düşünülmüş qərar olacaq”.

Həmin kateqoriyadan